Sloveniyanın iqtisadiyyat naziri yazda Azərbaycana səfər edəcək
Martda Bakıda Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun birinci iclası keçiriləcək.
Bu barədə Sloveniyanın İnvestisiya, Sahibkarlıq və Beynəlmiləlləşdirmə üzrə Dövlət Agentliyindən (SPIRIT) məlumat verilib.
"Sloveniya biznes missiyası martın 10-dan 13-dək Bakıda səfərdə olacaq. Biznes missiya SPIRIT və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyi, eləcə də Avropa və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunacaq. Biznes missiya Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Hanın Azərbaycana səfəri çərçivəsində baş tutacaq", - SPIRIT-dən bildirilib.
Səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun iclası ilə yanaşı biznes forum, B2B formatında görüşlərin keçirilməsi və qeyri-rəsmi danışıqların aparılması planlaşdırılır.
"Biznes missiyanın əsas məqsədi Sloveniya şirkətlərini Azərbaycanın biznes mühiti ilə tanış etmək, Azərbaycan şirkətləri ilə işgüzar əlaqələrin qurulmasına və sazişlərin bağlanmasına kömək etməkdir. Hesab edirik ki, bu, Sloveniya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin və investisiya əməkdaşlığının inkişafına töhfə verəcək", - qurumdan bildirilib.
SPIRIT-in məlumatına görə, Sloveniya Azərbaycanla əczaçılıq və kimya sənayesi, kiçik su elektrik stansiyaları, fotoelektrik sistemlər, İKT, infrastruktur tikintisi, elektrotexnika sənayesi, turizm, idman və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















