“Mugham” milli parfüm brendinin Türkiyədəki növbəti nailiyyətləri
Azərbaycanın “Mugham” ətri Türkiyədə patent hüququ əldə edib.(®) Azərbaycanın qədim mədəniyyətindən, musiqi irsindən və ədəbiyyatından ilhamlanaraq yaradılan “Mugham” ətri yeni bir uğura imza atıb.
“Mugham” brendinin mətbuat katibi Rəvan Rədin açıqlamasına görə, brend Türkiyədə patent hüququ əldə edərək, beynəlxalq bazarda öz hüquqi müstəqilliyini və orijinallığını daha da möhkəmləndirib.
Bu nailiyyət həm Azərbaycanın qlobal miqyasda mədəni tanıtımı, həm də yerli istehsalın beynəlxalq səviyyədə rəqabətə davamlı olduğunu bir daha sübut edir. “Mugham” parfüm Fransada istehsal olunan, Azərbaycanın zəngin tarixini və milli kimliyini təcəssüm etdirən premium ətir markasıdır. Unikal kompozisiyalarında milli musiqimizdən ilhamlanan ətir notları Azərbaycanın irsini beynəlxalq auditoriyaya tanıdır. Türkiyədə patentləşmə prosesi isə brendin hüquqi mühafizəsini təmin etməklə yanaşı, yeni bazarlarda genişlənmək üçün də qapılar açır.
Patentləşmə ilə yanaşı, “Mugham” parfüm Türkiyə mətbuatında da geniş yer alıb. Türkiyənin nüfuzlu və tanınmış media agentlikləri “Sabah” “Milliyet” “Vatan” “Marie Claire” “Mugham” brendi haqda öz buraxılışlarında müxtəlif məqalələrə yer verib. Ölkənin nüfuzlu qəzet və xəbər portalları “Mugham”ı “Musiqi və ətrin ahəngi” “Azadlığı hiss et” kimi təsvir edir. Məqalələrdə məhsulun yüksək keyfiyyəti, lüks Fransız istehsalı olduğu, hər flakonunun milli musiqimizin, poeziyamızın və muğamın ruhunu daşıdığı xüsusi vurğulanıb.
Qeyd edək ki, “Mugham” Azərbaycandan ilhamlanan ilk fransız ətri olmaq ideyası ilə yaradılıb. Brendin Ətir kolleksiyası Fransada məhdud sayda buraxılıb. Ətir Azərbaycandan olan yeganə niş ətirdir və qlobal niş ictimaiyyətinə təqdim edilən ilk Azərbaycan lüks ətir brendidir. Belə ki, “Mugham” yalnız bir ətir deyil, milli dəyərlərin qlobal səviyyədə ifadəsidir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















