140 mindən çox Toyota və Lexus avtomobili geri çağrılacaq
Toyota təhlükəsizlik risklərinə görə 140 mindən çox Toyota və Lexus markalı avtomobili geri çağıracaq. Əyləc şlanqı və təhlükəsizlik kəməri nasazlığı problemlərinin aşkar edildiyi avtomobillərin sahibləri 2025-ci ilin aprel ayına qədər məlumatlandırılacaq və lazımi təmir işləri pulsuz həyata keçiriləcək.Toyota istehsal qüsurlarından yaranan təhlükəsizlik risklərinə görə 140 000 ədəddən çox Toyota və Lexus markalı avtomobili geri çağırmaq qərarına gəlib.
Marja.az xəbər verir ki, Şirkətin açıqlamasına görə, geri ağırma iki fərqli texniki problemlə bağlıdır.
Əyləc şlanqı və təhlükəsizlik kəməri problemləri aşkar edilib
Geri çağırışda bildirilir ki, bəzi Toyota Tacoma 4x4 modellərində arxa əyləc şlanqlarının zədələnmə riski var. Toyota, bu avtomobillərin arxa təkərlərində palçıq və kir toplanması halında əyləc şlanqlarının zədələnə biləcəyinə diqqət çəkib.
Bundan əlavə, Toyota Camry və Lexus RX modellərində ikinci sıra mərkəzi təhlükəsizlik kəmərlərinin istehsal zamanı xarab ola biləcəyi bildirilib. Şirkət bu vəziyyətin təhlükəsizlik riski yaratdığını vurğulayıb.
Pulsuz baxış və hissələri dəyişdiriləcək
Toyota, geri çağırılan avtomobillərin sahiblərinə 2025-ci ilin aprelinə qədər məlumat veriləcəyini açıqlayıb. Rəsmi servislər müəyyən edilmiş problemləri həll etmək üçün pulsuz yoxlamalar və hissələrin dəyişdirilməsini həyata keçirəcəklər.
Şirkət rəsmiləri müştərilərin təhlükəsizliyinin prioritet olduğunu bildirib və avtomobil sahiblərinə ən qısa zamanda rəsmi servislər ilə əlaqə saxlamağı tövsiyə ediblər.
Geri çağırılma aşağıdakı Toyota və Lexus avtomobillərinin bəzilərini əhatə edir:
2025 MY Toyota Camry
2025 MY Lexus NX
2024 MY Lexus RX
2025 MY Lexus RX
2024 MY Toyota Tacoma
2025 MY Toyota Tacoma
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)



.jpg)





