bp səhmləri Elliott-un hərəkəti ilə bahalaşıb
Elliott Management-in şirkətdə pay aldığı məlum olduqdan sonra bp səhmləri 7 faiz bahalaşıb. BP, rəqibləri Shell və ExxonMobil-dən daha aşağı nəticə göstərdiyi üçün idarəetmə dəyişikliyi və strateji transformasiya üçün investorların təzyiqi altındadır.Neft nəhəngi bp-nin səhmləri bu gün erkən ticarətdə 7 faiz dəyər qazanaraq avqust ayından bəri ən yüksək səviyyəyə çatıb. Mənbələrə görə, "Elliott Management"in şirkətdə pay alıb. bp səhmlərin də bahalaşması aktivist investor "Elliott Management"in şirkətdə pay topladığının aşkarlanmasından sonra baş verib.
Ötən il BP-nin səhmləri təxminən 16 faiz, digər enerji nəhəngləri Shell səhmləri təxminən 4 faiz, ExxonMobil səhmləri isə 8 faiz ucuzlaşıb.
BP-nin rəqibləri ilə müqayisədə zəif fəaliyyət göstərir. Yeni investorun ən azı Şirkətin sədrinin dəyişdirilməsini tələb edəcəyi gözlənilir.
BP-nin baş direktoru Murray Auchincloss investorların inamını bərpa etməyə çalışır. Keçmiş baş direktor Bernard Looney 2023-cü ilin sentyabrında işçilərlə münasibətlərini açıqlamadığı üçün istefa verdikdən sonra şirkətin strategiyası yenidən formalaşdırılır.
ABŞ-da yerləşən "Elliott" BP-ni transformasiya tədbirlərini nəzərdən keçirməyə təşviq etməklə, səhmdarların dəyərini artırmağı hədəfləyir. Bloomberg-in şənbə günü verdiyi xəbərə görə, Elliott-un BP-dəki payı "əhəmiyyətli" olaraq xarakterizə edilib.
Mənbə payın ölçüsü ilə bağlı məlumat verməyib, BP və Elliott isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
"Elliott İnvestment Management" Amerikanın investisiya idarəçiliyi şirkətidir. "Elliott" həm də dünyanın ən böyük aktivist fondlarından biridir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)









