Bakıda mənzillərin ünvanlar üzrə maksimum, orta və minimum qiymətləri: 820 AZN - 8150 AZN
"Vecon Consulting" qiymətləndirmə şirkəti Bakı şəhəri üzrə mənzillərin (yaşayış sahəsinin) 1 kvadrat metrinin (kv.m) qiymətlərini araşdırıb, maksimum, orta və maksimum qiymətləri müəyyən edib.
Marja.az Şirkətin Məlumat Basasının İdarəedilməsi departamentinin araşdırmasına istinadən xəbər verir ki, Bakıda 1 kv.m mənzil ən baha "Port Baku"dadır. Bu premium yaşayış kompleksində mənzillərin 1 kvadrat metirinin maksimum qiyməti 8150 manat, minimum qiyməti 5764 manatdır.
İkinci yerdə Bakı Ağ Şəhər gəlir. Bakının yeni yaşayış mərkəzində mənzillərin 1 kv.m-nin qiyməti 6120 manatadək çatır. Bakı Ağ Şəhərdə orta qiymət 3740 manat, minimum qiymət 2440 manatdır.
Nəsimi rayonu mənzillərin bahalığına görə 3-cü yerdədir. Bakının mərkəzi rayonunda 1 kvadrat metr mənzilin qiyməti 2580 manat - 5610 manat civarındadır.
Bakıda ən ucuz mənzilə Pirallahıda sahib olmaq olar. Bakının bu rayonunda evin 1 kvadrat metrinin qiyməti 820 manat - 1316 manat civarında dəyişir.
Araşdırmada diqqəti çəkən, mənzilin 1 kvadrat metrinin qiymətinin metro stansiyaların olmadığı Sabunçu rayonunda, metro stansiyaların olduğu Nizami rayonundan yüksək olmasıdır. Bu, Bakıxanov qəsəbəsində bahalı daşınmaz əmlaklar, inkişaf etmiş infrastrukturu, nisbətən yaxşı hesab edilən havası və yaşıllıqları ilə əlaqədar ola bilər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil etmişdir. Pirallahı rayonunda minimum qiymət xaric, Bakının digər rayonlarında 1 kvadrat metr mənzilin qiyməti Azərbaycandakı orta maaşdan yüksəkdir.
Qeyd edək ki, "Vecon Consulting" şirkəti daşınmaz əmlakın, maşın və avadanlığın, nəqliyyat vasitələrinin dəyərinin qiymətləndirilməsi üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)

