"Azərbaycan Fintex Assosiasiyası" bazarın inkişafı üçün təkliflər irəli sürüb
Azərbaycanın maliyyə bazarında innovativ inkişafın davamlı olması, "sandbox" rejimi çərçivəsində daha düzgün formada və planlaşdırılmış layihələrin sınaqdan keçirilməsi məqsədi ilə Mərkəzi Bankın dövlət sektoru ilə yanaşı həm də özəl sektordan aparıcı ekspertlərin cəlb edilməsi ilə innovativ həllər istiqamətində mərkəzi platformanın yaradılması təklif olunur.
Bu təkliflə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda çıxış edib.
Bundan başqa, o deyib ki, Mərkəzi Bankın ötən ilin əvvəlində təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası"nda nəzərdə tutulduğu kimi fintexlərin fəaliyyət dairəsinin genişləndirilməsi təmin edilməli və onlar qarşısında yeni üfüqlər müəyyən edilməlidir: "Bu istiqamətdə fintexlərin Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinə, o cümlədən Ani Ödəniş Sisteminə inteqrasiyası, dövlət layihələrində iştirakı imkanlarının formalaşdırılması, müəyyən sosial ödənişlərin innovativ ödəniş aləti olaraq elektron pulla həyata keçirilməsi, bununla da fintexlərə yeni imkanların yaradılması nəzərə alınmalıdır".
Sədrin sözlərinə görə, bank olmayan ödəniş xidməti təşkilatçıları - elektron pul və ödəniş təşkilatları üzrə əlavə fəaliyyət növlərinə dair tələblərə yenidən baxılması gələcək innovativ inkişafın mühüm amillərindən biridir: "Bu təşkilatlara banklar üçün cəlbedici hesab edilməyən, lakin fintexlərin daha çevik reaksiya verə biləcəyi sahələrdə texniki xidmət təchizatçısı kimi çıxış etmək imkanı verilməsi ödəniş bazarında daha şaxəli inkişafa səbəb ola bilər. İnnovativ inkişafın təməl prinsiplərindən olan maliyyə inklüzivliyi sahəsində rəqəmsal həllər daha səmərəli formada tətbiq edilməlidir".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)
