EKVITA Azərbaycanda ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) standartlarını tətbiq edən ilk şirkət oldu
25 fevral 2025-ci il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və KOBİA-nın birgə rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, və Biznes Mühiti və Beynəlxalq Reytinqlər Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü il ərzində ESG altqrupunun fəaliyyətini və həyata keçirilmiş tədbirləri müsbət dəyərləndiriblər.
Bildirilib ki, ötən il ərzində ESG ilə bağlı təlimlərin təşkil olunması və qanunvericilik bazasının təkmilləşdirilməsi kimi bir sıra vacib istiqamətlərdə işlər aparılıb.
Tədbir zamanı, ESG dəyərlərinin təbliğində səmərəli fəaliyyətlərinə görə EKVİTA şirkətinə təşəkkürnamə təqdim edilib. Azərbaycanda ESG prinsiplərinin tətbiqi sahəsində lider olan EKVİTA şirkəti doqquz beynəlxalq İSO standartı üzrə sertifikatlaşmış, habelə AZS IWA 48:2024 - Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə sənədinin tələblərini tətbiq edən ilk şirkət oldu.
EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti qeyd edib ki, “Bu nailiyyət EKVITA-nın dayanıqlı inkişaf, şəffaf idarəetmə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyət prinsipinə sadiqliyini bir daha təsdiqləyir.”
Sözügedən İSO standartları aşağıdakılardır:
ISO 9001:2020 – Keyfiyyətin İdarə edilməsi sistemləri
ISO 14001:2021 - Ətraf mühitin idarə edilməsi sistemləri
ISO 45001:2021 - Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri
ISO 26000:2022 - Sosial məsuliyyət üzrə rəhbərlik
ISO 37001:2021 - Rüşvətxorluğa qarşı idarəetmə sistemləri
ISO 31000:2022 - Risklərin idarə edilməsi
ISO 22301:2023 - Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri
ISO 37000:2024 - Korporativ idarəetmə. Rəhbəredici göstərişlər
ISO 50001:2022 - Enerji menecment sistemləri
“Biz ölkəmizin inkişaf strategiyasına, dövlətimizin müxtəlif çağırışlarına heç vaxt biganə qalmırıq. EKVİTA daha əvvəl də müxtəlif qabaqcıl təcrübələri ölkəmizdə ilk dəfə istifadə edən şirkət olub. Hələ 2017-ci ildə İSO 37001 - Rüşvətxorluğa qarşı idarəetmə sistemlərini nəinki Azərbaycanda, bütün MDB məkanında ilk tətbiq edən şirkət olduq”, - deyə İlqar Mehti vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)




