Azərbaycanda ilk dəfə SPC dekor döşəmələri istehsal ediləcək - 6 milyonluq layihə
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən, Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti "Mister Décor" MMC-nin SPC dekor döşəmələrin istehsalı müəssisəsinin inşası yekunlaşmaq üzrədir. Artıq tikinti işlərinin 80%-dən artıq hissəsi bitib və görülən işlərə 4 milyon manata yaxın investisiya yatırılıb.
İZİA-dan Marja-ya verilən məlumata görə, ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcək müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır.
İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəli rejimdə təşkil olunacaq.
SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsium və PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən, Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.
Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula plan təlabat ödəniləcək.
Qeyd edək ki, “Mister Décor” MMC hazırda Ağdam Sənaye Parkında divar kağızlarının istehsalı ilə məşğuldur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
