
Mərkəzi Bank cəlb edəcəyi vəsaitin məbləğini və müddətini azaltdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
"Marja" xəbər verir ki, 09 yanvar 2017-ci il tarixində keçiriləcək hərracda 15 milyon manat cəlb edilməsi nəzərdə tutulub. Müddət 14 gün, faiz dərəcəsi isə 12,01%-14,99% müəyyən olunub.
Diqqəti çəkən Mərkəzi Bankın cəlb etməyi planlaşdırdığı vəsaitin məbləğini və müddətini azaltmasıdır. Mərkəzi Bank əvvəlki hərraclarda 28 gün müddətinə 50 milyon manat cəlb edəcəyini elan edirdi.
260 MİLYON MANATLIQ NOT BURAXIR
Mərkəzi Bank 260 milyon manatlıq not buraxır.
30 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 (yüz) manat olan 2 600 000 (iki milyon altı yüz min) ədəd qısamüddətli notlarının emissiya prospekti 53S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
30 dekabr tarixində Palata tərəfindən həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 (əlli min) ədəd qısamüddətli notlarının buraxılışı 50100153S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Sözügedən notların tədavül müddəti 27 gündür.
MƏRKƏZİ BANKIN BƏYANATINDA DEYİLİRDİ
Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında Bəyanatında deyilirdi:
2016-cı ildə Mərkəzi Bank inflyasiyanı azaltmaq və milli valyutaya olan etimadı gücləndirmək, habelə, manat depozitlərinin artmasını təşviq etmək üçün “faiz dəhlizi”nin parametrlərinə zəruri dəyişikliklər etmişdir. Uçot dərəcəsi inflyasiyaya uyğunlaşdırılaraq mərhələlərlə 3%-dən 15%-ə, faiz dəhlizinin aşağı həddi 0.1%-dən 12%-ə, yuxarı həddi isə 5%- dən 18%-ə yüksəldilmişdir. Faiz dəhlizinə dair qərar qəbul edərkən makroiqtisadi vəziyyətlə yanaşı pul bazarındakı konyunktur, o cümlədən, dövlət qiymətli kağızlarının gəlirliyi də nəzərə alınmışdır. Faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlbi əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılmışdır. Bununla banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo və əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə etmək imkanı əldə etmişlər. Milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarına başlanılmış, habelə qısamüddətli notların emissiyası bərpa edilmişdir. Son tarixə depozit hərracları və qısamüddətli notlar vasitəsilə cəlb edilən vəsaitin qalığı 150 mln. manatdan çox olmuşdur. Bu əməliyyatlar həm də pul bazarının inkişafına və pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinə yönəlmişdir. Dollarlaşmanın azalmasına dəstək vermək, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə məcburi ehtiyat norması xarici valyutada öhdəliklər üzrə 0.5%- dən 1%-ə yüksəldilmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
30 d. əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 51 d. əvvəl
-
-
56 d. əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl

Başlamasına artıq sayılı günlər qaldı

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət

Sabahın hava proqnou açıqlanıb

Əhali ev alır, İpoteka və Kredit Zəmanəti Fondunun qazancı artır

“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib

Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

Bank Beyləqanda yeni filialını açdı
