Qızılın qiymətində daha bir rekord - DAYANMADAN BAHALAŞIR
Qızılın qiyməti ticarət müharibəsinin genişlənməsi ilə bağlı narahatlıqlar səbəbindən yeni rekord həddə çatıb.ABŞ prezidenti Donald Trampın bütün avtomobil idxalına 25 faizlik rüsum tətbiq edəcəyini bəyan etməsindən sonra ticarət müharibəsinin genişlənməsi ilə bağlı narahatlıqlar investorları təhlükəsiz aktivlərə sövq edib.
Marja.az xəbər verir ki, cümə günü qızıl 0,8% də bahalaşaraq bir unsiyası 3 080 dolları keçərək tarixi ən yüksək səviyyəsinə çatıb (yeni rekord).
Tramp cümə axşamı avtomobil idxalına tarifləri (gömrük rüsumlarını) rəsmən təsdiqləyərək, Avropa İttifaqı və Kanadanın Birləşmiş Ştatlara iqtisadi zərər vurmaq üçün birləşsələr, daha sərt sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib. Bazarlar həmçinin aprelin 2-də qüvvəyə minəcək yeni ticarət vergilərinə hazırlaşır. Ağ Ev “qarşılıqlı tariflər” tətbiq edəcəyini bəyan etsə də, planın tam əhatə dairəsi hələ dəqiqləşdirilməyib.
Qızıl bu il təxminən 16 faiz dəyər qazanıb və ən azı 15 dəfə rekord həddə çatıb. Geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda mərkəzi bankların alışları və investorların təhlükəsiz aktivlərə olan tələbi qızıl qiymətlərini dəstəkləməyə davam edir. Bu amillər ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi bankı) bu il faiz dərəcələrini azaldacağına dair bazar gözləntiləri də qızılın bahalaşmasına kömək edib. Aşağı faiz dərəcələri çox vaxt faizsiz qızılı daha cəlbedici edir.
Böyük banklar qızılın qiymət proqnozlarına yenidən baxıblar. Goldman Sachs bu həftə ilin sonuna qiymət proqnozunu bir unsiya üçün 3300 dollara qaldırıb. Bank bu artımın əsas səbəbləri kimi mərkəzi banklardan yüksək tələbat və qızılla dəstəklənən birja fondlarına (ETF) güclü axını göstərib.
Gümüş qiyməti də 2012-ci ildən bəri ən yüksək səviyyəyə yaxınlaşır.
Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, qızıl 0,8 faiz bahalaşaraq bir unsiya üçün 3081,69 dollara ticarət olunub. Qızıl bu həftə 2 faizə yaxın bahalaşaıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
49 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi












.jpg)







