Azərbaycanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının qəbul edilməsi müzakirə edildi
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.
Agemtliyin yaydığı məlumatda bildirilri ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov və İKTA rəhbərliyinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan Agentliyin İdarə heyətinin sədri Nail Mərdanov qurum tərəfindən 2024-cü ildə görülmüş işlər haqqında məlumat verib.
2024-cü ilin İKTA üçün məhsuldar olduğunu qeyd edən Agentlik sədri ötən il “E-Şikayət” sistemi üzrə şikayətlərin statistikasını, telekommunikasiya xidmətlərindən istifadə üzrə şikayət indeksini və şikayətlərin ortalama cavablandırılma müddətinin dərc edildiyini və bir sıra elektron xidmətlərin istifadəyə verildiyini bildirib.
Bu elektron xidmətlər sırasında radioelektron vasitələrə icazələrin verilməsi, “E-Şikayət” sistemi üzərindən poçt xidmətləri ilə bağlı müraciətlərin qəbulu, eyni zamanda məlumat toplama sisteminin genişləndirilərək poçt rabitəsi operatorlarından da hesabatların toplanıldığını qeyd etmək olar.
Qonaqlar Azərbaycanda mobil operatorların pərakəndə satış qiymətlərinin dövlət tərəfindən tənzimlənmədiyi üçün qiymətlərin yüksək olduğunu, mobil operatorların qiymətlərinin tənzimlənməsinin faydalı ola biləcəyini vurğulayıblar.
İKTA rəsmisi qeyd edib ki, bu gün qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar qiymətləri özləri müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.
Görüşdə, həmçinin operatorlararası funksional “Local Exchange” arabağlantıların səmərəli təşkili müzakirə predmeti olub. Osman Gündüz arabağlantı çətinliklərinin olduğunu, lokal trafikin beynəlxalq mübadilə nöqtələri üzərindən “routing” olduğunu deyib. İKTA sədri bu istiqamətdə monitorinqlər aparıldığını, nəticələrin qənaətbəxş olmadığının müəyyən edildiyini, İKTA-nın nəzarəti altında arabağlantı portlarının sayının artırıldığını qeyd edib: “Hazırda ölkədə “Tier 1” operatorlararası lokal trafik mübadiləsi qənaətbəxş səviyyəyə gətirilib”.
Eyni zamanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının hazırlanaraq qəbul edilməsi istiqamətində müzakirələr aparılıb. Bildirilib ki, yeni qanun layihəsində radiotezliklərdən müştərək icazə və mobil virtual şəbəkə operatoru icazələri nəzərdə tutulub. Bu yeniliklərin ölkəmizdə mobil telekommunikasiya xidmətinin inkişafına impulsiv təkan verməsi gözlənilir.
Müzakirələrin sonunda İctimai Şura sədri Siruz Abasbəyli çıxış edərək bildirib ki, İKTA tərəfindən qısa müddətdə əhəmiyyətli layihələr həyata keçirilib və bu layihələrin daha da effektiv olması üçün ictimai maarifləndirmənin genişləndirilməsinə ehtiyac var.
Həmçinin belə görüşlərin mütəmadi keçirilməsi, layihələrin, o cümlədən normativ hüquqi akt layihələrinin hazırlanma prosesində İctimai Şura üzvlərinin də rəylərinin nəzərə alınması tövsiyə olunub.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
3 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 6 saat əvvəl
-
7 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır



















