Qlobal bazarlarda son vəziyyət
Ötən gün Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsini 25 baza bəndi azaldaraq, 2.65%-dən 2.40%-ə qədər azaltması fonunda avronun dollar və funt sterlinq qarşısında qiyməti demək olar ki, dəyişməyib.
GBP/USD cütlüyü gün ərzində artım göstərərək 1.32020 səviyyəsindən 1.32840 səviyyəsinə qədər bahalaşıb. Qızılın qiyməti 3283$ həddinə qədər korrektiv olaraq ucuzlaşdıqdan sonra yenidən bahalaşıb və hazırda 3327$ həddində ticarət olunur. “Brent” markalı neftin bir bareli üzrə qiyməti isə artıq 67$ səviyyəsinin üzərinə qalxıb.
Dünən ECB-nin faiz dərəcəsi ilə bağlı qərarından sonra tənzimləyici qurumun açıqlamasında belə deyilib: “Avrozonanın iqtisadiyyatı qlobal şoklara qarşı müəyyən davamlılıq qazanıb, lakin artan ticarət gərginliyi fonunda onun inkişaf perspektivləri pisləşib”. “Artan qeyri-müəyyənlik əhali və biznesin inamında azalma ilə nəticələnəcək və bazarların bu gərginliyə volatilliklə cavab verməsi maliyyə şərtlərinin sərtləşməsinə gətirib çıxara bilər. Bu faktorlar Avrozona iqtisadiyyatının perspektivlərinə əlavə təzyiq yarada bilər”, - press-relizdə qeyd edilib.
Həmçinin, cümə axşamı günü açıqlanan məlumatlara əsasən, ABŞ-da mart ayında tikintisinə başlanan yaşayış evlərinin sayı əvvəlki ay ilə müqayisədə 11.4% azalıb və illik hesablamada 1.324 milyon təşkil edib. Eləcə də, ölkədə Tikinti üzrə İcazələrin Sayı mart ayında 1.459 milyondan 1.482 milyona qədər artıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) cümə axşamı keçirilən iclasın nəticələrinə əsasən, uçot faiz dərəcəsini 42.5%-dən 46%-ə qədər qaldırdığını açıqlayıb. Bu, bankın yayımladığı rəsmi bəyanatda qeyd olunub. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, ölkədə illik inflyasiya mart ayında 38.1%-ə qədər yavaşlayıb. Fevralda qeyd olunan göstərici 39.05%, yanvarda isə 42.12% olmuşdu – yəni azalma tendensiyası müşahidə olunur.
Əlavə olaraq, Almaniyada İstehsal Qiymətləri İndeksi (PPI) mart ayında -0.7% səviyyəsində dərc olunub. Filadelfiya FED tərəfindən açıqlanan İstehsal Sektorunda Biznes Aktivliyi İndeksi kəskin şəkildə geriləyərək proqnozların altında açıqlanıb. Belə ki, göstərici mart ayı ilə müqayisədə aprel ayında 12.5 bənd səviyyəsindən -26.4 bənd səviyyəsinə qədər zəyifləyib.
Bugün Müqəddəs Cümə günü ilə əlaqədar olaraq beynəlxalq birjalarda volatilliyin aşağı olması gözlənilir. Əmtəə və fond birjaları isə ticarətə bağlı olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























