Rəsmi idxalçı Bakıda "Li" avtomobillərinin şourumunu açdı - QİYMƏTLƏR
(®) "Li Auto" brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı olan "Efendiler Group" şirkəti öz şəhər şourumunu avtomobil sevənlərə təqdim edib.
Media nümayəndələri və tanınmış şəxslərin iştirakı ilə keçən tədbirdə brendin Azərbaycandalı fəaliyyəti, təqdim olunan model cərgəsi və gələcək planlarla bağlı məlumat verilib.
"Efendiler Group"un icraçı direktoru Amal Əlili öz çıxışında Li Auto sevənlərinə yeni müjdəni verib:
“Qeyd edim ki, hal-hazırda olduğumuz showroom 2-ci dərəcəli satış mərkəzi əhəmiyyəti daşıyır. Buradan bütün "Li Auto" sevənlərə xoş bir xəbər vermək istəyirəm: təxminən Avqust ayının sonlarında Babək prospekti 37 ünvanında inşa olunan "Li Auto"nun yeni satış mərkəzi avtomobil sevənlərin istifadəsinə veriləcək. Mərkəzin yalnız sərgi hissəsi 1000 kvm civarında olacaqdır.”
Rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və artıq 1 aydır ki, fəaliyyət göstərir, böyük və təcrübəli komanda ilə həftənin 6 günü müştərilərin xidmətindədir.
Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün 4 il və ya 100 000 km rəsmi zəmanəti olan, 42 000 dollardan başlayan qiymətlər ilə L6, 48 000 dollardan başlayaraq L7 və 63 500 dollardan başlayaraq L9 modelləri təqdim olunur.
Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və Li i8, eləcə də Li Mega modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı olacaqdır.
Müştərilər öncədən avtomobili bron edə və servis üçün qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ünvan: Aşıq Molla Cümə, 44B.
Əlaqə: *2299
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















