Şirkətin baş sponsorluğu ilə voleybol klubu yaradılıb
“Azərlotereya” ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində idmanın inkişafına növbəti dəfə töhfə verib. Şirkətin baş sponsorluğu ilə qadınlardan ibarət “DH Volley” adlı voleybol klubu yaradılıb.
“DH İdman” MMC-nin təsis etdiyi bu klub 2025/2026 mövsümündə Azərbaycan Çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında iştirak edəcək.
Bu münasibətlə aprelin 29-da “DH Volley” klubunun məşqçi və oyunçuları ilə klub rəhbəri Şərəf Yalçın arasında müqavilələrin imzalanması mərasimi keçirilib.
Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, “DH Volley” Klubu yalnız yeni mövsümə start vermir, güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: “2025-ci il mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komanda üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas vizyonu, qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley”i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”. Şərəf Yalçın klubun qurulmasında göstərdiyi dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova təşəkkür edib.
“DH Volley” klubunun baş məşqçisi müxtəlif mükafatlara layiq görülmüş peşəkar voleybolçu Fərid Cəlalovdur. Komandanın heyətinə peşəkar qadın voleybolçular kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva daxildir.
“Azərlotereya” ASC gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Məqsəd ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, futbol, basketbol və voleybol idman növlərində peşəkar idmanın inkişafıdır. Şirkətin “Misli” brendi Azərbaycan voleybolunun inkişafını dəstəkləmək məqsədilə 2024-cü ildə Azərbaycan Voleybol Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “DH Volley” klubunun yaradılması bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
“DH Volley” klubu haqqında
Baş məşqçi Fərid Cəlalov
Fərid Cəlilov 8 il Azərbaycan kişi milli voleybol komandasının baş məşqçisi olub. 4 il qadın “İqtisadçı” voleybol komandalarında məşqçilik edib. Keçmiş milli voleybolçu, eyni zamanda milli komandanın kapitanı olub.
- 2017 – 4-cü İslam Oyunları Gümüş Medal
- 2018 – Türk Dünyası Universiadası Qızıl Medal
- 2017/2018 – Challenge Cup 1/8 Lokomotiv Men Volleyball
- 2021/2022 – Challenge Cup 1/8 Murov VC Men
- 2016–2023 – mövsümlərdə ardıcıl ölkə çempionluğu və kubok qalibiyyəti
Köməkçi məşqçi Vusal Rüstəmov
Milli voleybolçu 2018-ci illərdə İslam Oyunlarında çempion olub. 2016-ci illərdə məşqçi olub. Vusal Rüstəmov 2023-cü illərdə kişilərdən ibarət milli yığmada baş məşqçi köməkçisi işləyib. 2024/2025 mövsümündə komandanın kapitanı olub. “Azərreyl” klubu ilə liqa çempionu olub. 2022-ci ildə İslam Oyunlarında Qadın Milli Komandası 3-cü olub.
OYUNÇULAR
Aynur İmanova
“Azərreyl” klubunda 10 il oynamış və komandanın kapitanı olmuş milli oyunçumuz 2024/2025 mövsümündə çempion olub. 2006-cı ildən etibarən milli komandada forma geyinən Aynur 2006 və 2018 “FIVB” Dünya Çempionatları ilə yanaşı, 6 Avropa çempionatında heyətdə olub. Həmçinin, 9 Azərbaycan Kuboku çempionluğu və 5 Liqa Kuboku çempionluğu qazanıb.
Katerina Jidkova
Milli voleybolçu 9 il Azərbaycan klublarında mübarizə aparıb. Təcrübəli oyunçu Ukrayna, Rumıniya, Türkiyə, İtaliya, Macarıstan, İndoneziya və Vyetnam ölkələrində forma geyinib. 2024/2025 mövsümündə “Abşeron” komandasının kapitanı olan oyunçumuz ölkə kubokunda çempion olub, liqanı 2-ci yerdə tamamlayıb. Milli komandalarla “FIVB” Dünya Çempionatı, “CEV Cup”, İslam Oyunları, “CEV Volleyball European League” kimi müxtəlif turnirlərdə iştirak edib.
Ceyran İmanova
“Azərreyl” voleybol klubunda 4 çempionluq yaşayan milli oyunçu 2024/2025 mövsümündə yenə çempion olub. 6 il milli komandada yer alan Ceyran 2014-cü ildə Dünya Çempionatı seçmə mərhələlərinə qatılıb, 2017-ci ildə İslam Oyunlarında qızıl medal qazanıb.
Nilufər Ağazadə
2024/2025 mövsümündə “Azərreyl” klubunda çempion olan milli oyunçumuz “CEV Challenge Cup” turnirində də oynayıb. İki ildir Azərbaycan milli komandasında yer alan Nilufər Avropa çempionatında da iştirak edib.
Raziyə Əliyeva
Beş ildir milli komandada yer alan oyunçumuz liqada son üç mövsümdə “Azərreyl” klubunda çempion olub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 13 saat əvvəl
-
13 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















