Agentlik: Artıq “Speedtest”lər internetin sürətini doğru göstərir
İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir.Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mart ayından ölkədə internet telekommunikasiya xidməti göstərən operator və provayderlər tərəfindən quraşdırılmış “Ookla” şirkətinin “Speedtest” serverlərinin performans və əməliyyat göstəricilərinin qiymətləndirilməsinə başlayıb.
Hazırda mövcud olan 38 serverdə aşkarlanmış nöqsanlar operator və provayderlərə təqdim olunub. Bu çatışmazlıqların aradan qaldırılması üçün təlimlər və müzakirələr keçirilib.
Bəzi “Speedtest” serverlərində performans və əməliyyat göstəricilərinin çatışmazlıqları aşkarlanıb, məsələn, şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olduğu, server proqram təminatının köhnə olduğu, SSL sertifikatlarının yenilənmədiyi hallar olub.
Qeyd olunan hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olurdu.
Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərinin aradan qaldırılmasına nail olunub.
Tənzimləyici qurum tərəfindən sözügedən istiqamətdə tədbirlər davam etdirilir. Aşkar edilmiş boşluq və çatışmazlıqların aradan qaldırılması üçün operator və provayderlərlə birgə addımlar atılır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























