“AzInTelecom” “Gcore” şirkəti ilə birgə “AzInCloud” platformasını təqdim etdi
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Avropanın ən böyük texnologiya şirkətlərindən olan “Gcore” şirkəti ilə birgə yeni “AzInCloud” platformasını təqdim edib.
Ötən gün Bakıda keçirilən tədbirlə “AzInTelecom” ilə Lüksemburqun “G-Core” şirkəti arasında tərəfdaşlıq rəsmən elan edilib. Tədbirdə hər iki şirkətin rəhbər heyəti, texnologiya sahəsindəki şirkətlərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
İştirakçıların diqqətinə çatdırılıb ki, “Gcore” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “AzInTelecom”a məxsus “AzInCloud” platformasında müasir alətlərlə təchiz olunmuş geniş “bulud” xidmətləri təqdim olunur. Müasir “bulud” texnologiyalarından faydalanmaq istəyən fərdi və korporativ müştərilər www.azincloud.az veb-saytı vasitəsilə bu xidmətlərə anında çıxış əldə edə bilirlər. Hazırda aktiv şəkildə fəaliyyət göstərən platformada istifadəçilərə rahat idarəetmə, geniş əməliyyat sistemi seçimləri, “bulud” market, monitorinq xidməti və digər üstünlüklər təqdim olunur.
Tədbirdə məlumat verilib ki, “AzInCloud” ictimai “bulud” xidməti olaraq “istifadə etdiyin qədər ödə” modeli əsasında fəaliyyət göstərir. Portal hər kəs – hüquqi şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və fiziki şəxslər üçün əlçatandır. Xidmətdən yararlanmaq üçün istifadəçilər www.azincloud.az saytında qeydiyyatdan keçərək bank kartı ilə ödəniş edib xidmətlərdən yerindəcə yararlana bilərlər.
Qeyd edək ki, “Gcore” qlobal səviyyədə “bulud”, hostinq və kibertəhlükəsizlik həlləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2011-ci ildə yaradılan “Gcore”, Avropa, Şimali Amerika, Asiya və MDB ölkələrində geniş infrastruktura malikdir. Şirkətin əsas auditoriyası maliyyə sektoru, dövlət və korporativ müştərilərdir.
Əlavə məlumat üçün:
Əlaqə: 157
Sayt: www.azincloud.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















