Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.
Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar. Açılış mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının təsis olunması ilə bağlı sənədlər imzalanıb. Bu təşəbbüs bölgədə təhsil imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.
Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib. İlk panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə “Böyük Qayıdış: Çağırışlar və imkanlar” mövzusunda baş tutub. Paneldə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər. Müzakirələr zamanı bölgədə iqtisadi inkişaf, təhsilin bu prosesdə rolu və yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub.
İkinci panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Paneldə Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, eləcə də digər aparıcı özəl sektor nümayəndələri iştirak ediblər. Paneldə dövlət-özəl tərəfdaşlığının Qarabağın uzunmüddətli iqtisadi və sosial inkişafındakı rolu, yeni əməkdaşlıq mexanizmləri və bölgədə rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi imkanları müzakirə olunub.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışında qeyd edib ki, “Ən böyük istəyimiz odur ki, Qarabağ Universitetindən məzun olan gənclər sabah bölgənin iqtisadi və sosial inkişafında aparıcı rol oynasınlar. Təhsil ənənəvi biliklərlə yanaşı, texnologiya və innovasiya yönümlü olmalıdır ki, gənclərimiz dəyişən əmək bazarına tam hazır olsunlar. Kapital Bank olaraq biz bu prosesdə təkcə maliyyə əlçatanlığımızı yox, həmçinin peşəkar bilik və təcrübəmizi də bölüşməyə daim hazırıq”.
Qeyd edək ki, Kapital Bank uzun illərdir Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra təhsil layihələrini həyata keçirir. Bankın təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim olunur, həmçinin bir sıra universitetlərdə Kapital Bank tədris otaqları istifadəyə verilib. Bu layihələr tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına, əmək bazarına daha hazırlıqlı olmalarına və innovativ mühitdə inkişaf etmələrinə dəstək göstərir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 d. əvvəl
-
15 d. əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
-
27 d. əvvəl
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
-
50 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
58 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
1 saat əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
1 saat əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
1 saat əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
Ən çox oxunanlar
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
Qızılın bahalaşması yenidən sürətlənib
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq























.jpg)

