Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
Artıq silsiləvi xarakter alan və regionun innovasiya gündəmində mühüm yer tutan Baku ID, bu il də ənənəsinə sadiq qalaraq keçiriləcək.
19–20 iyun 2025-ci il tarixlərində Jolly Joker Baku və Daş Salnamə Muzeyi kimi fərqli atmosferə malik məkanlarda baş tutacaq tədbir üçün bilet satışı artıq başlayıb.
Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) kimi strateji tərəfdaşların dəstəyi ilə həyata keçirilir. Baku ID regionda innovasiya, texnologiya və sahibkarlıq sahəsində aparıcı platformalardan biridir.
Bu ilki Baku ID tədbiri “The Regional Nexus” mövzusu ətrafında təşkil olunacaq — burada ideyalar sərhədləri aşır, müasir texnoloji həllər yeni əməkdaşlıqlara çevrilir və startaplar qlobal səviyyədə tanınma fürsəti əldə edirlər.
Baku ID 2025 – Sizi nələr gözləyir?
Baku ID, regionun aparıcı investorlarını, innovativ startaplarını, texnologiya liderlərini və qlobal tərəfdaşlarını bir araya gətirir. İki gün ərzində iştirakçıları dolğun çıxışlar, canlı təqdimatlar və geniş şəbəkələşmə imkanları gözləyir.
Bundan əlavə siz aşağıdakı fürsətləri əldə edəcəksiniz:
• Birbaşa investisiya
• Startap yarışları
• Ekspert çıxışları və praktiki sessiyalar
• Netvörking və əməkdaşlıq
• Asudə vaxtı və əyləncə proqramı
Nəzərinizə çatdırırıq ki, hazırda sosial şəbəkələrimizdə ödənişsiz bilet qazanmaq şansı təqdim olunur. Bunun üçün instagram.com/bakuidfestival və linkedin.com/company/baku-id/ səhifələrini izləyin və müsabiqələrdə aktiv iştirak edin.
Qeyd edək ki, Baku ID innovasiya festivalı fəaliyyət göstərdiyi dövr ərzində 9500-dən çox iştirakçını bir araya gətirib, 200-dən artıq startap təqdim olunub və 2.5 milyon AZN-dən artıq investisiya startaplara yönləndirilib. Baku ID artıq təkcə bir tədbir deyil, regionun innovasiya ekosistemini formalaşdıran aparıcı platformadır.
Baku ID innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün bakuid.com veb-saytına keçid edə bilərsiniz.
Baku ID 2025 tədbirində iştirak fürsətini qaçırmayın - bakuid.com/buy-ticket linkindən qeydiyyatdan keçin və biletinizi indi əldə edin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










.jpg)

