Tikinti şirkəti 82 milyon manat gəlirdən 25,2 milyon manat xalis mənfəət təmin edib
“Protean Construction” ASC 2024-cü ili 25 milyon 168 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 24 milyon 928 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Protean Construction”ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 240 min manat və ya 1% artıb.
Marja.az xəbər verir ki, “Protean Construction” ASC-nin müqavilələr üzrə gəlirləri 2023-cü ildə 70 milyon 969 min manat ikən, 2024-cü ildə 82 milyon 33 min manat təşkil edib (11 milyon 64 min manat və ya 15,6% artıb). Müqavilələr üzrə xərclər isə 9 milyon 649 min manat və ya 25,8% artaraq 47 milyon 27 min manat olub.
Ötən il “Protean Construction”da müqavilələr üzrə xərclərdəki artımın müqavilələr üzrə gəlirlərdəki artıma yaxın məbləğdə olması, inzibati və digər xərclərin artması ilə əlaqədar olaraq Şirkətin xalis mənfəəti cüzi artıb.
Qeyd edək ki, 2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər-Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti “Protean Construction” ASC-yə çevrilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















