“PAŞA Bank” və Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb
“PAŞA Bank” Üzeyir Hacıbəyovun 140 illik yubileyi münasibətilə milli opera sənətinin qorunmasına töhfə verir. Bank müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, bu il 140 illik yubileyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bərpası layihəsinə dəstək üçün ianə ayırıb.Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycanın milli mədəni irsinin qorunması və təbliği istiqamətində təşəbbüslərini davam etdirir.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu təşəbbüslər çərçivəsində, 9 iyul 2025-ci il tarixində Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazovun imzaladığı memorandum əsasında “PAŞA Bank” müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, bu il 140 illik yubileyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bərpası layihəsinə dəstək üçün ianə ayırıb.
Memorandumun imzalanmasına həsr olunmuş tədbirdə Cavid Quliyev qeyd edib ki, korporativ sosial məsuliyyət strategiyasının (KSM) tərkib hissəsi olaraq “PAŞA Bank” milli irsimizin və kimliyimizin qorunması və təşviqi məqsədilə mədəni layihələrin dəstəklənməsini prioritet hesab edir.
“Milli irsimiz - ürəkdən gələn bir səsdir, bu səs bizi birləşdirir və gələcəyə aparır. O, təkcə musiqi və sözlərdən ibarət deyil - bu səs yaddaşımızın, ruhumuzun, zəngin keçmişimizin bizə verdiyi dəyərlərin əks-sədasıdır. “PAŞA Bank” olaraq, biz bu səsin unudulmaması, yeni nəsillər tərəfindən duyulması və yaşadılması üçün buradayıq. Çünki mədəni irsimiz yalnız qorunmalı deyil - hiss olunmalı, paylaşılmalı və davam etdirilməlidir. Əminəm ki, qəhrəmanlıq, dözümlülük və milli qürur kimi dəyərləri özündə əks etdirən “Koroğlu” operasının bərpa layihəsinə dəstək verən “PAŞA Bank” milli irsin qorunması və gələcək nəsillərə ötürülməsində körpü rolunu oynayacaqdır”, - deyə, C.Quliyev vurğulayıb.
“Bu gün “PAŞA Bank” ilə imzalanan tərəfdaşlıq memorandumu milli opera və baletimizin inkişafında önəmli rol oynayacaq. Üzeyir Hacıbəyovun “Koroğlu” operasının bərpasında birgə əməkdaşlığımız mədəni irisimizin bu təkrarsız nümunəsinin qorunması və təbliğinə öz töhfəsini verəcək. Göstərilən dəstəyə görə İdarə Heyətinin sədri Cavid Quliyevin simasında bütün “PAŞA Bank” kollektivinə Teatrımız adından öz təşəkkürümüzü bildiririk”, - deyə, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov vurğulayıb.
Milli irsimizin qorunmasına və tanıdılmasına töhfə vermək “PAŞA Bank”ın sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindəndir. Bank indiyədək Fikrət Əmirovun simfonik muğamlarının toplusunun hazırlanması, xalçaçılıq sənətimizin Avropada tanıdılması, milli kinomuzun dəyərli nümunələrinin təbliği kimi mədəni layihələrə dəstək verib. Gələcəkdə də bu istiqamətdə fəal olmağı və yeni təşəbbüslərlə çıxış etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
45 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















