“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum olub – XALİS MƏNFƏƏTİ ARTIB
“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 4 milyon 881min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci yarısını 4 milyon 383 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 499 min manat və ya 11,4% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 1 milyon 869 min manat və ya 8,7% artaraq 23 milyon 149 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 188 min manat və ya 19,2 % artaraq 13 milyon 580 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2025-ci ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 729 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 28 milyon 480 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 249 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 481 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 886 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Yapı Kredi Bank Azərbaycan”cari ilin ilk 6 ayını 4 milyon 881 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 32 milyon 672 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 267 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 405 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 431 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 1 milyon 592 min manat mənfəət vergisi ödəmişdi. Bununla əlaqədar olaraq “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti 4 milyon 382 min manat təşkil etmişdi.
“Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında 138 milyon 454 min manat və ya 19 % azalaraq 30 iyun 2025-ci il tarixində 591 milyon 908 min manat təşkil edib. Cəmi aktivlərin azalması hüquqi şəxslərin Bankdakı depozitlərindəki dəyişiklik ilə əlaqədardır.
KREDİT PORTFELİ ARTIB
Cari ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 66 milyon 896 min manat və ya 21 % artaraq 384 milyon 484 min manata yüksəlib. “Yapı Kredi Bank Azərbaycan”ın istehlak kreditləri portfeli 12 milyon 602 min manat artaraq 94 milyon 487 min manata, biznes kreditləri portfeli 46 milyon 618 min manat artaraq 234 milyon 378 min manata, ipoteka kreditləri portfeli 7 milyon 674 min manat artaraq 55 milyon 618 min manata yüksəlib.
2025-ci ilin ilk yarısında “Yapı Kredi Bank Azərbaycan”da cəmi depozitlər əsasən hüquqi şəxslərin depozitlərinin azalması ilə əlaqədar olaraq 141 milyon 765 min manat və ya 26,5 % azalaraq 392 milyon 989 min manata geriləyib. Şirkətlər öz vəsaitlərini layihələrinə və digər xərclərini yönəltdikləri üçün Bankda depozitlərin məbləği azalıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 iyun 2025-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan”ın 104 milyon 946 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
4 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
4 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
4 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
4 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






















.jpg)
