BVF: "Manatı bahalaşdırmaqda davam edin, bu önəmlidir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Marja" "Azərtac"a istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycana səfəri çərçivəsində İçərişəhərdə olduqlarını, bu tarixi irsin yüksək səviyyədə qorunub saxlanılmasının və İçərişəhərin gözəlliyinin onlarda dərin təəssürat yaratdığını deyib.
İçərişəhərin UNESCO-nun ümumdünya irs siyahısına daxil edildiyini deyən Prezident İlham Əliyev bu irsin qorunmasına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayıb.
Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirən dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu deyib. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatların önəmindən danışan Prezident İlham Əliyev biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılması və daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi, savadlı və bacarıqlı kadr potensialının artırılması istiqamətində görülən işlərdən və ölkənin bank sektorunda aparılan islahatlardan danışıb.
2017-ci ili maliyyə sabitliyi ili kimi qiymətləndirən Prezident İlham Əliyev qarşıdakı 2018-ci ildə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
BVF-nin Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildiyini deyib.
O, neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatında yaranan fəsadların Azərbaycan iqtisadiyyatına təsirinin aradan qaldırılması, makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində hökumətin atdığı addımların əhəmiyyətini xüsusi vurğulayıb.
Manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edən Cihad Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 d. əvvəl
-
- 18 d. əvvəl
-
39 d. əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
40 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 49 d. əvvəl
-
53 d. əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
























