Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Mərkəzi Bank "Statistik bülleten İyun 2025" sayını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə bildirilir:
Bank sektoru
30 İyun 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 min 355 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 106 nəfər artaraq 26 min 71 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 734.1 milyon manat, cəmi öhdəlikləri 49 milyard 788.2 milyon manat, balans kapitalı 6 milyard 945.9 milyon manat olmuşdur. İyun ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.3% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.3% və ya 85.6 milyon manat artaraq 28 milyard 472.1 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (15 milyard 143.7 milyon manat);
ıı) istehlak kreditləri – 31.3% (8 milyard 898.3 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 430.2 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75%-i və ya 37 milyard 353.3 milyon manat. Depozit portfelinin 59.7%-i (22 milyard 292.6 milyon manat) hüquqi şəxslərin, 40.3%-i (15 milyard 60.7 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67%-i (10 milyard 95.8 milyon manat) milli valyutada, 33%-i (4 milyard 964.9 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.5%-i (9 milyard 408 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2.3% və ya 209.6 milyon manat, tələbli əmanətləri isə 2.1% və ya 116.9 milyon manat artmışdır. 2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.9% (3 min 112 əmanətçi), ilin əvvəlindən isə 11.7% (17 min 654 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 48.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.5%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar - iyun aylarında banklar 576.6 milyon manat xalis mənfəət, 881 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.5% artaraq 36 milyard 817.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 131.3 milyon manat artaraq 2 milyard 716.8 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artmış, kredit kartlarının sayı isə 6.9% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artmışdır. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 438.7 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 375 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 58 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 8.9%, POS-terminalların sayı 43% artmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 d. əvvəl
- 54 d. əvvəl
-
-
15 saat əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
15 saat əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
-
16 saat əvvəl
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi dəyişdi - SƏRƏNCAMLAR
-
18 saat əvvəl
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Son Xəbərlər
Dənizkənarı Milli Parkda konsert, atəşfəşanlıq olacaq
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Ən çox oxunanlar
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Naxçıvanda duz istehsalı dayandırılıb
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq
Putin Əliyevə zəng etdi












.jpg)


.jpg)



