"Norm" şirkəti gəlir və mənfəətini açıqladı
Şirkət ötən il 256 milyon 824 min manat cəmi gəlir, 59 milyon 757 min manat xalis mənfəət əldə edib.Azərbaycanda iri sement istehsalçısı "Norm" ASC 2024-cü ili 59 milyon 757 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 52 milyon 640 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Norm" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7 milyon 117 min manat və ya 13,5% artıb.
Marja.az xəbər verir ki, 2023-cü ildə "Norm" şirkətinin satışdan cəmi gəliri 226 milyon 1 min manat ikən, 2024-cü ildə 255 milyon 524 min manata yüksəlib (29 milyon 523 min manat və ya 13% artıb).
Ötən il "Norm" şirkətinin 256 milyon 824 min manat cəmi əməliyyat gəlirlərinə qarşı cəmi əməliyyat xərcləri 179 milyon 394 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 430 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 17 milyon 673 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü illə müqayisədə 3 milyon 503 min manat və ya 24,7% çoxdur.
31 dekabr 2024-cü il tarixində "Norm" ASC 280 milyon 389 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 330 milyon 382 min manat cəmi aktivlərə malik idi. Cəmi aktivlərin düşməsi əsasən bölüşdürülməmiş mənfəətin götürülməsilə əlaqədar olaraq pul vəsaitlərinin azalması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)







