Zərər ödənişinin həcmi kəskin artıb
2025-ci ilin ilk yarısında təsərrüfatlara dəymiş zərərə görə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıq olub.2025-ci ilin ilk yarısında təsərrüfatlara dəymiş zərərə görə 4 milyon 435 min manat sığorta ödənişi edilib
Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13 milyon 115 min AZN, yəni ötən ilin eyni dövrünə nisbətdə 18% artıq sığorta haqqı toplanılıb. Bitkiçilik uzrə sığorta haqqı 13%, heyvandarlıq üzrə sığorta haqqı isə 65% artıb.
Marja.az Fonsa istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıq olub.
2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il eyni zamanda ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrinin sığortası həyata keçirilib.
Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84% artıb.
Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65% çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min manata çatıb.
2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65%-i), sel-subasma (15%), fırtına (17%) və leysan (2%) halları olub.
Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Bu ilin ilk 6 ayı ərzində ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb






















