Azərbaycanda xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi uçotuna alınacaq
Prezident İlham Əliyev Mülki-Prosessual, Mülki, Vergi, Cinayət-Prosessual, Cəzaların İcrası, Rəqabət Məcəllələrində, həmçinin "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dəyişikliklə xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar.
Həmçinin xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzində aldıqları icra haqlarından (xərclər nəzərə alınmadan) vergi tutulacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, onların əldə etdikləri icra haqları qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab ediləcək.
Bundan başqa, layihədə xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisi hesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannamə vermək öhdəliyi nəzərdə tutulur.
"Sosial sığorta haqqında" qanunda xüsusi icra məmurlarının da məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına əlavə edilməsi, onlardan minimum aylıq əməkhaqqının beş mislinin 25 %-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulacaq.
Yuxarıda qeyd olunanlarla yanaşı, "Tibbi sığorta haqqında" qanuna da dəyişiklik edilərək, xüsusi icra məmurlarının sığortalı qismində çıxış edən şəxslərin siyahısına əlavə edilməsi nəzərdə tutulur.
© “Report”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















