Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
(®) Kapital Bank Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi, təqaüd dövrünün maraqlı və fəal keçməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bankın dəstəyi ilə mərkəzdə təqaüdçülərin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Əməkdaşlıq çərçivəsində cari ilin iyul ayı ərzində Bakı, Mingəçevir və Şamaxı şəhərlərində yaşayan təqaüdçülər üçün bir sıra təlimlər və məşğələlər təşkil olunub. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib.
Qeyd edək ki, 2016-cı ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədə ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Yaşlı nəslin cəmiyyətə daha fəal inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihə təqaüdçülərin yeni bacarıqlar əldə etmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini və sosial fəaliyyətlərdə iştirak etmələrini təmin edən vacib platformadır. Mərkəzlərdə keçirilən yaradıcılıq fəaliyyətləri, maliyyə savadlılığı, kompüter və dil kursları, sağlam həyat tərzi təlimləri, idman və yoqa məşğələləri, eyni zamanda sosial sahibkarlıq sahəsindəki təlimlər yaşlı nəslin cəmiyyətə inteqrasiya edilməsində vacib əhəmiyyət daşıyır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















