Qlobal bazarlar Nvidia-nın maliyyə hesabatının açıqlanmasını gözləyir
Qlobal maliyyə bazarlarında diqqət Nvidia şirkətinin açıqlayacağı maliyyə nəticələrinə yönəlib. Şirkətdən, süni intellekt sahəsinə xərclərin artırılması və ABŞ–Çin rəqabətinin böyüməyə təsiri ilə bağlı mühüm açıqlamalar gözlənilir.
ABŞ Prezidenti Donald Trumpın, FED sədri Liza Kuku vəzifədən kənarlaşdırmaq cəhdi mərkəzi bankın müstəqilliyi və inflyasiya riskləri ilə bağlı narahatlıqları artırıb.
Marja xəbər verir ki, bu fonunda Bloomberg Dollar İndeksi çərşənbə axşamı 0,2% geriləyib, uzunmüddətli ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi isə yüksəlib. İkiillik istiqrazlarda keçirilən 69 milyard dollarlıq uğurlu hərrac qısamüddətli bazara dəstək verib. Beş və 30 illik istiqrazlar arasındakı faiz fərqi isə 2021-dən bəri ən yüksək həddə çatıb.
Bazarlar Nvidia-nın hesabatını gözlədiyi bir vaxtda Wall Street indeksləri yüksəliş nümayiş etdirib: S&P 500 0,41%, Nasdaq 100 isə 0,43% dəyər qazanıb. ABŞ və Avropa fyuçersləri də artımla ticarət olunur. Asiya bazarlarında isə texnologiya səhmləri önə çıxaraq 0,7%-lik yüksəliş göstərib.
KCM Trade-in baş analitiki Tim Waterer bildirib ki, investorlar Nvidia-nın açıqlamalarından bazarlardakı mövcud yüksəliş trendinin davam edib-etməyəcəyinə dair siqnallar gözləyirlər.
Analitiklərin proqnozlarına görə, süni intellekt avadanlığına böyük tələbat davam edir və Nvidia-nın satışlarının cari ildə 50%-dən çox artacağı ehtimal olunur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















