Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
Coca-Cola Fondunun dəstəyi ilə “EcoHub” ekoloji platforması “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramının təqdimat mərasimini keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərəfdaşı olduğu proqram plastik tullantıların toplanması və təkrar emalı sahəsində fəaliyyət göstərən təşəbbüsləri dəstəkləmək, tərəfdaşlıqları genişləndirməklə ölkədə dayanıqlı tullantı idarəçiliyini gücləndirmək və dairəvi iqtisadiyyatı təşviq etmək məqsədi daşıyır.
Tədbirin açılışında “Coca-Cola Bottlers” MMC-nin direktoru Rəna Məmmədova çıxış edərək tullantıların toplanması və çeşidlənməsi üçün dövlət qurumları, gənclər təşkilatlar və şirkətlərləəməkdaşlıq etdiklərini və bu əməkdaşlığın daha təmiz dünya üçün önəmini vurğulayıb.
Daha sonra “EcoHub” platformasının rəhbəri Tükəzban Ağababayeva PACT proqramını təqdim edərək proqramının əsas istiqamətinin plastik tullantıların toplanılmasında yeni rəqəmsal texnologiyaların istifadəsinin nəzərdə tutulduğunu bildirib.
Təqdimat çərçivəsində EcoApp tətbiqi də istifadəyə verilib.
Ümumilikdə 300 ton plastik tullantı toplamaq hədəfi olan proqram Azərbaycan da daxil olmaqla 5 ölkədə (Türkiyə, Azərbaycan, SəudiyəƏrəbistanı, Qazaxıstan, Özbəkistan ) həyata keçirilir və Qlobal Ətraf Mühit və Texnologiyalar Fondu tərəfindən dəstəklənir.
Qeyd edək ki, Coca-Cola Fondunun missiyası Coca-Cola Şirkətinin fəaliyyət göstərdiyi ölkələr üzrə icmalarda fərq yaratmaqdır. 1984-cü ildə təsis edildiyi gündən bəri Coca-Cola Fondu bütün dünyada icmaları gücləndirmək missiyasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib

















