Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
Bank Respublika ölkəmizdə keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının tərəfdaşıdır31 avqust – 5 sentyabr tarixlərində Azərbaycan ilk dəfə olaraq dünyanın ən nüfuzlu texnologiya yarışlarından biri – Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalına ev sahibliyi edəcək.
Ölkəmizdə rəqəmsallaşma proseslərinin genişlənməsinə daim dəstək verən “Bank Respublika” Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu möhtəşəm tədbirin tərəfdaşları sırasında yer alır.
“Bank Respublika” bu mühüm qlobal tədbirdə tərəfdaşlıq etməklə ölkədə innovasiya və rəqəmsal transformasiya proseslərinin inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir. Bank uzun illərdir ki, gənclərin bilik və bacarıqlarının artırılması, rəqəmsal savadlılığın yüksəldilməsi və gələcəyin peşəkar kadrlarının formalaşdırılması istiqamətində layihələrə dəstək göstərir.
Bank Respublika-nın strateji prioritetlərindən biri də rəqəmsallaşma və innovasiya yönümlü təşəbbüslərə dəstək göstərməkdir. Bu gün Bankın müasir mobil tətbiqləri, onlayn xidmətləri və innovativ məhsulları minlərlə müştərinin gündəlik həyatını asanlaşdırır.
Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir. Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















