Azərkosmos-da kosmik zərər
Azərkosmos-un yığılmış zərəri 379 milyon 573 min manata çatıb.
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2024-cü ili 32 milyon 250 min manat xalis zərər ilə başa vurub. Agentlik 2023-cü ili 54 milyon 454 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, Azərkosmos-un xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 22 milyon 204 min manat və ya 40,8% azalıb. Xalis zərərin düşməsi xərclərin kəskin azaldılması ilə əlaqədardır.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, Azərkosmos-un əsas əməliyyat gəlirləri 2023-cü ildə 41 milyon 181 min manat ikən, 2024-cü ildə 37 milyon 693 min manata düşüb (3 milyon 488 min manat və ya 8,5% azalıb). Xidmətlərin maya dəyəri isə 2 milyon 675 min manat və ya 6,5% azalaraq 38 milyon 150 min manat təşkil edib.
Ötən il Azərkosmos-un ümumi və inzibati xərcləri isə 11 milyon 998 min manat və ya 34,8% azalaraq 22 milyon 446 min manata düşüb. Agentliyin maliyyə və digər xərcləri də azalıb.
31 dekabr 2024-cü il tarixində Azərkosmos-un yığılmış zərəri 379 milyon 574 min manata çatıb. Yığılmış zərər 2023-cü ilin sonunda 347 milyon 324 min manat idi. Həmçinin yığılmış zərər Agentliyin 617 milyon 424 min manatlıq kapitalının bir hissəsini silib və 237 milyon 850 min manata düşüb.
31 dekabr 2024-cü il tarixində Azərkosmos 502 milyon 675 min manat cəmi aktivlərə malik olub.
Qeyd edək ki, Azərkosmos peyk xidmət və həllərinə daima artan qlobal tələbatı qarşılamaq üçün 2010-cu ildə regionda ilk peyk operatoru kimi yaradılmışdır. Agentlik tərəfdaşlarına peykləri vasitəsilə telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini təqdim edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 6 saat sonra
-
-
4 saat əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır
-
9 saat əvvəl
Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
-
10 saat əvvəl
9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Əli Əsədov Gürcüstana səfər edib

Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

Hər il buraya 10 min istedadlı insanın cəlb edilməsi, 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır

"Təsis etdiyimiz İnvestisiya Fondu böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur"

Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib
