“Zamex”dən vətəndaş şikayətləri artıb
“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıbAzərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi operatoru “Zamex” MMC-nin nümayəndələri ilə görüş keçirilib.
İKTA-nın İstehlakçı hüquqları şöbəsinin müdiri Sarvan Cəbrayılzadə görüşün əsas məqsədinin adıçəkilən poçt rabitəsi operatoru ilə bağlı son zamanlar İKTA-ya daxil olan şikayətlərin sayının artması olduğunu bildirib.
Şirkətin nümayəndəsi Küşvər Quliyeva vətəndaş şikayətlərinin artmasının səbəbinin ABŞ və Almaniyadan edilən sifarişlər üzrə “Zamex” MMC-yə məxsus anbarlarla bağlı olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, həmin anbarlarda problemin yaşanması səbəbindən çatdırılma prosesində gecikmələr müşahidə olunub və bu barədə istifadəçilərə SMS bildirişi göndərilib. Həmçinin bununla bağlı poçt rabitəsi operatorunun rəsmi səhifəsində paylaşım edilib.
“Zamex” MMC-nin nümayəndəsi bildirib ki, hazırda ABŞ-dəki anbarın yerinin dəyişdirilməsi ilə müvafiq problem həll edilib və bağlamaların Bakıya çatdırılması üçün reyslər təyin edilib. Eyni zamanda Almaniya anbarında olan çətinliklər də aradan qaldırılıb.
Müzakirələr zamanı İKTA rəsmiləri xidmət səviyyəsinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün əlavə addımların atılmasının vacib olduğunu, bu istiqamətdə tənzimləyici qurumun səlahiyyətləri çərçivəsində dəstək verə biləcəyini əlavə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)









.jpg)







