Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Məktəblilərimiz üç bürünc medalla vətənə dönüblər29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində keçirilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) azərbaycanlı məktəblilər uğurlu nəticələr əldə ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiq görülüblər.
24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış iki gün davam edib. Hər gün iştirakçılara dörd saat ərzində həll etmələri üçün üç tapşırıq təqdim olunub. Məktəblilərin C++ proqramlaşdırma dilində təqdim etdikləri həllərin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılıb.
Qeyd edək ki, Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq informatika və proqramlaşdırma olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzində məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 4 gümüş, 11 bürünc medal, ümumilikdə isə 6 qızıl, 32 gümüş və 66 bürünc olmaqla 104 medal qazanıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















