Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“McDonald’s” restoranlarında TələbəPlus kartı ilə tələbələrə xüsusi endirim ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“McDonald’s” restoranlarında TələbəPlus kartı ilə tələbələrə xüsusi endirim ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“McDonald’s Azərbaycan” ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün xüsusi endirim kampaniyasına start verdiyini elan edib.

Marja xəbər verir ki, bu təşəbbüs Təhsil İnkişafı Fondu ilə imzalanmış əməkdaşlıq memorandumu əsasında, “TələbəPlus” layihəsi çərçivəsində reallaşdırılır. Sənəd “McDonald’s Azərbaycan" şirkətinin baş direktoru Oskar Boqopolski və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.

Reklam_3_11

Əldə olunmuş razılaşmaya əsasən, “McDonald’s” restoranlarında TələbəPlus kartına sahib olan tələbələr üçün 5% həcmində endirim tətbiq olunacaq. Bu kart tələbə vəsiqəsi və bank kartının funksiyalarını birləşdirir, məhsul və xidmətlərin ödənişi zamanı əlavə üstünlüklər təqdim edir. Layihənin ilk mərhələsində 190 000-dən çox tələbə əhatə olunub və bu say artmaqda davam edir.

Təhsilin və inkişafın dəstəklənməsi “McDonald’s” Azərbaycan şirkətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Şirkət bir sıra mühüm layihələr həyata keçirir. O cümlədən, Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramı, UNEC-də fiziki məhdudiyyətli tələbələrin təhsil haqqının ödənilməsinə yardım, məktəb olimpiadalarının dəstəklənməsi və şəhid övladlarına yönəlmiş təşəbbüslər.

Bu səylər “McDonald’s” Azərbaycan şirkətinin gələcək nəsillərin inkişafına və bərabər imkanların yaradılmasına davamlı töhfə vermək niyyətini əks etdirir.

Şirkət təhsilə və gənclərin rifahına yatırımları özünün uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir.

McDonald’sAzərbaycan ali təhsil müəssisələri tələbələr endirim kampaniyası TəhsilİnkişafıFondu əməkdaşlıqmemorandumu TələbəPlus OskarBoqopolski ElnurNəsibov tələbəkartı endirim sosialsiyasət təqaüdproqramı fizikiməhdudiyyətlitələbələr məktəbolimpiadaları şəhidövladları təhsil inkişaf bərabərimkanlar gənclərrifahı korporativsosialməsuliyyət
11.09.2025 10:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18