TOAT – Azərbaycanın ilk "Bean to Bar" (kakao dənəsindən şokolada) şokolad mağazası Bakıda açıldı
Bakıda yeni və unikal bir layihə həyata keçirildi. Yerli şokolad markası TOAT Azərbaycanda ilk dəfə “Bean to Bar” (kakao dənəsindən şokolada) konsepti ilə fəaliyyətə başladı.
TOAT-ın istehsal prosesi tamamilə təbii prinsiplərə əsaslanır. Burada şokolad premium Dominikan Respublikası Trinitario növü kakao dənələrindən hazırlanır. Kakao dənələri ənənəvi üsulla emal edilir, yağı çıxarılmır, alkalizasiya prosesindən keçirilmir və nəticədə öz təbii dadı, qida dəyəri və aroması tam şəkildə qorunur.
TOAT-ın əsas fərqi – 100% təbii və qatqısız olmasıdır. Məhsulların heç birində palma yağı, emulqator, süni aromatizator, konservant və digər qatqı maddələrindən istifadə edilmir. Brendin məqsədi Azərbaycan istehlakçısına Avropanın və dünyanın qabaqcıl şokolad mədəniyyətlərində rast gəlinən saf və keyfiyyətli “Bean to Bar” təcrübəsini təqdim etməkdir.
Mağazada yalnız şokolad deyil, həm də bir sıra eksklüziv məhsullar satışa təqdim olunur. Bunların arasında yağı çıxarılmayan kakao tozu, qida dəyərini qoruyaraq hazırlanan dondurulmuş təbii meyvələr və xüsusi fındıq əzməsi yer alır. Fındıq əzməsi resepti isə TOAT-a məxsusdur – məhsulun tərkibində 50% Zaqatala fındığı və əsl Dominikan kakao dənələri istifadə olunur.
TOAT Azərbaycanın qida sektorunda yeni bir mərhələ açaraq, ölkədə ilk dəfə “kakao dənəsindən şokolada” prinsipi ilə istehsal olunan premium şokolad mağazası olmaqla yanaşı, müştərilərinə sağlam, təbii və yüksək keyfiyyətli alternativ təqdim edir.
TOAT mağazası Ağ Şəhər, 3-cü Park küçəsində (Sea Tower binası) sizin yolunuzu gözləyir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















