Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası sentyabrın 12-də keçirilən iclasda uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 18 faizdən 17 faizə endirib.

Marja xəbər verir ki, bu qərar, tənzimləyicinin pul-kredit siyasətində ehtiyatlı yumşalma addımı kimi qiymətləndirilir.

Bankın açıqlamasında qeyd edilib ki, davamlı qiymət artımı göstəricilərində əhəmiyyətli dəyişiklik yoxdur və onlar illik hesablamada hələ də 4 faizdən yuxarı səviyyədə qalır. Qurum vurğulayıb ki, iqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıdır, kreditləşmə son aylarda canlanıb, inflyasiya gözləntiləri isə yüksək olaraq qalır.

Rusiya Dövlət Statistika Xidmətinin məlumatına görə, avqust ayında ölkədə son üç ildə ilk dəfə aylıq deflyasiya qeydə alınıb — qiymətlər 0,4 faiz azalıb. Bu prosesə əsasən meyvə-tərəvəz məhsullarının ucuzlaşması və rublun möhkəmlənməsi təsir edib. Bununla belə, avqustun sonundan etibarən rubl yenidən zəifləməyə başlayıb.

Mərkəzi Bankın məlumatında qeyd olunur ki, əksər davamlı inflyasiya göstəriciləri illik hesablamada 4–6 faiz diapazonundadır, 8 sentyabr tarixinə illik inflyasiya 8,2 faiz təşkil edir. Bank 2025-ci il üzrə inflyasiya proqnozunu 6–7 faiz, 2026-cı il üçün isə 4 faiz səviyyəsində saxlayıb.

İyul ayında dərəcənin azaldılmasından sonra kreditləşmə aktivləşib. Milli Kredit Tarixçəsi Bürosunun məlumatına görə, 2025-ci ilin avqustunda istehlak kreditlərinin həcmi əvvəlki ayla müqayisədə 10,7 faiz artaraq 331,6 milyard rubla çatıb. Korporativ kredit portfelində də artım müşahidə olunub.

 

Rusiya Mərkəzi Bankı bəyan edib ki, inflyasiyanı 2026-cı ildə hədəf səviyyəyə qaytarmaq üçün pul-kredit siyasətində tələb olunan sərtliyi qoruyacaq. Qurumun məlumatına görə, gələcək qərarlar inflyasiyanın davamlı şəkildə zəifləməsi və inflyasiya gözləntilərinin dinamikasından asılı olacaq.

Ekspertlər isə hesab edirlər ki, tənzimləyici növbəti iclaslarda (oktyabr və dekabrda) daha ehtiyatlı mövqe tuta bilər və faiz endiriminin tempini zəiflədə və ya müvəqqəti dayandıra bilər.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

XXX

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldaraq yumşaq pul-kredit siyasəti istiqamətində addım atıb.

Marja xəbər verir ki, Bank uçot dərəcəsini 1 faiz bəndi endirərək 17 faizə qədər azaldıb.

Bloomberg sorğusunda iştirak edən iqtisadçılar isə dərəcənin 2 faiz bəndi endirilərək 16 faizə endiriləcəyini proqnozlaşdırırdılar.

Bankın açıqlamasında bildirilib: “Hazırkı qiymət artımının əsas göstəricilərində ciddi dəyişiklik yoxdur. Rusiya Mərkəzi Bankı inflyasiyanı 2026-cı ildə hədəf səviyyəyə qaytarmaq üçün pul siyasətini lazım olduğu qədər sərt saxlayacaq”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ötən ilin sonlarından etibarən müəssisələrin yüksək borclanma xərcləri ilə bağlı narahatlıqlara baxmayaraq, iyun ayında aylıq qiymət artımının 4 faizə yaxınlaşmasından sonra uçot dərəcəsini rekord səviyyə olan 21 faizdən endirmə prosesinə başlamışdır.

12.09.2025 16:33
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18