Yeni inşa olunacaq gəmilər Xəzər dənizində marşrutlara buraxılacaq
Bakı Gəmiqayırma Zavodu adından çıxış edən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ilə “Abu Dhabi Ports Company” ASC arasında Xəzər dənizində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş iki 780 TEU konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb. 2028-ci ilə qədər inşasının tamamlanması gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.
16 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Şuşada Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Mərasimdə, həmçinin “Bakı Gəmiqayırma Zavodu” MMC adından çıxış edən “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs ilə “Abu Dhabi Ports Company” ASC arasında Xəzər dənizində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş iki 780 TEU konteyner gəmisinin inşasına dair müqavilə imzalanıb. Marja.az AZCON-a istinadən xəbər verir ki, 2028-ci ilə qədər inşasının tamamlanması gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.
Yeni inşa olunacaq gəmilər Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gücləndirilməsində mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik potensialını genişləndirməklə, gəmilər konteyner daşımaları üzrə sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
Qeyd edilib ki, Dünyanın aparıcı liman, logistika və gəmiçilik şirkətlərindən biri kimi tanınan “AD Ports Group” bu tərəfdaşlığa öz qlobal biliyini, qabaqcıl texnologiyaları və mürəkkəb ticarət dəhlizlərinin idarə olunmasında qazandığı təcrübəsini gətirir. “AD Ports Group” şirkətinin Xəzər regionundakı əməliyyatlara qoşulması Orta Dəhlizə olan etimadın bariz nümunəsidir. Bu tarixi müqavilə beynəlxalq şirkət tərəfindən Bakı Gəmiqayırma Zavoduna yük gəmilərinin inşası üçün edilən ilk sifarişi təcəssüm edir.
"Birbaşa əhəmiyyətindən əlavə, “AD Ports Group” ilə daha geniş əməkdaşlığın təməlini qoyan bu müqavilə dəniz nəqliyyatı və logistika sahəsində gələcək birgə layihələr və iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsi üçün yol açmış olur",- AZCON-dan bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 d. sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
25 d. əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
31 d. əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
34 d. əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
51 d. əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
1 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
2 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
