Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib

“Azexport” portalı Gürcüstana ixrac üçün daha bir məhsula Sərbəst Satış Sertifikatı təqdim edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı farmasevtika kateqoriyasına aid olan “Delta Dent” məhsulunun Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim edib.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son illər Azərbaycanda istehsal olunan qida əlavələri və farmasevtika məhsullarına xarici ölkələrdən maraq əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid məhsullar artıq daxili bazarla yanaşı, ixrac bazarlarında da genişlənməyə başlayıb: “Son təqdim olunan sertifikatlar da göstərir ki, yerli istehsalçılarımız beynəlxalq bazarlarda öz mövqelərini möhkəmləndirirlər”.

Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat məhsulun Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları tərəfindən sertifikatlaşdırıldığını və müvafiq standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin oktyabr ayına qədər 762 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Bu sənədin verilməsi “Made in Azerbaijan” brendli məhsulların əvvəllər ixracında çətinliklər mövcud olan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionlarının 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

Azexport İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Sərbəst Satış Sertifikatı ixrac farmasevtika məhsulları qida əlavələri Delta Dent Gürcüstan Azərbaycan yerli istehsal beynəlxalq bazar sertifikat məhsul sertifikatı Prezident Fərmanı 12 sentyabr 2017 Made in Azerbaijan sahibkar azexport.az ixrac bazarları məhsul sertifikatlaşdırılması xarici ölkələr keyfiyyət standartları Amerika Asiya Okeaniya Avropa Körfəz regionu ixrac təşviqi portal sertifikat təqdimatı
09.10.2025 10:30
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
AzVak-da yeni vakansiyalar
AzVak-da yeni vakansiyalar
09.10.2025 17:14
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18