Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!
(®) Wolt-un Azərbaycandakı istifadəçiləri üçün əla xəbər!
Artıq Wolt tətbiqində yalnız sevimli yeməkləri və məhsulları sifariş etmək deyil, həm də əşyaları göndərmək mümkündür — sürətli və rahat şəkildə.
İstifadəçilər üçün ən xoş xəbər isə budur ki, onlar ilk ay ərzində bütün çatdırılmalara 50% endirimdən yararlana biləcəklər, kampaniya başa çatdıqdan sonra isə ilk sifarişdə 50% endirim əldə edəcəklər. Xidmət artıq Wolt-un fəaliyyət göstərdiyi bütün şəhərlərdə aktivdir — Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Lənkəran, Naxçıvan, Xankəndi və Mingəçevir daxil olmaqla.
Dostunuza hədiyyə göndərmək, sənəd çatdırmaq və ya aldığınız məhsulları mağazadan götürməlisiniz? İndi bütün bunları Wolt Packages ilə edə bilərsiniz — çatdırılma 1 saatdan az çəkəcək, sifarişi isə cəmi bir dəqiqəyə tanış və rahat interfeysdə rəsmiləşdirə biləcəksiniz.
Xidmətdən Wolt tətbiqi vasitəsilə yararlana bilərsiniz:
- Wolt tətbiqini açın və “Packages” bölməsini seçin;
- Kuryerin əşyanı götürəcəyi və çatdıracağı ünvanı təyin edin;
- Kuryer sifarişi qəbul edib sürətli və rahat şəkildə ünvana çatdıracaq
- Siz isə çatdırılmanı real vaxtda izləyə biləcəksiniz.
Həmsöhbətimiz — Wolt-un Azərbaycandakı İdarə Heyətinin Sədri Tofiq Süleymanovdur.
Tofiq Süleymanov yeni funksiyanın istifadəyə verilməsi ilə bağlı fikirlərini bölüşdü:
“Biz Wolt olaraq sadəcə yemək çatdırılması xidməti deyil, həmişə bundan daha geniş imkanlar təqdim etmək üçün çalışırıq. Wolt Packages-in istifadəyə verilməsi ilə biz istifadəçilərə daha çox seçim imkanı və rahatlıq təqdim edirik. Artıq onlar vaxt itirmədən və yerlərini dəyişmədən istənilən əşyaları göndərib təhvil ala biləcəklər. Əminəm ki, bu funksiya həm şəxsi istifadəçilərin, həm də bizneslərin böyük marağına səbəb olacaq”.
Tez-tez verilən suallar — cavablandırır Tofiq Süleymanov.
Bu funksiya nədir və nə üçün lazımdır?
Wolt Packages istifadəçilərə Wolt tətbiqi vasitəsilə əşyaları tez və rahat göndərmək və təhvil almaq imkanı yaradır.
Hansı əşyaları göndərmək olar?
Kiçik və orta ölçülü əşyalar: sənədlər, alış-veriş məhsulları və şəxsi əşyalar. İstifadəçi ölçünü və çəkini seçir, sistem isə uyğun kuryeri təyin edir.
Çatdırılma radiusu nə qədərdir?
Başlanğıc ünvandan 15 km məsafəyə qədər.
Təhvil alanın Wolt istifadəçisi olması vacibdirmi?
Xeyr. Sadəcə göndərənin Wolt istifadəçisi olması kifayətdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
-
15 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR












.jpg)







.jpg)




