Amazon şirkətinin satışları artıb - 3 ayda 180 milyard dollar gəlir
ABŞ-ın elektron ticarət nəhəngi Amazon şirkəti 2025-ci ilin iyul-sentyabr dövrünə aid maliyyə hesabatlarını açıqlayıblar.
Marja.az xəbər verir ki, Amazon-un hesabatı şirkətin satışlarının bu ilin üçüncü rübündə artdığını göstərib.
Amazon-un xalis satışları bu ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 180,2 milyard dollara yüksəlib. Şirkətin xalis satışları ötən ilin üçüncü rübündə 158,9 milyard dollar olaraq qeydə alınmışdı.
Bu dövrdə Amazon-un bulud hesablama xidməti göstərən Amazon Web Services (AWS) bölməsinin satışları illik 20 faiz artaraq 33 milyard dollara çatıb.
Amazon-un xalis mənfəəti də ilin üçüncü rübündə 21,2 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 15,3 milyard dollar xalis mənfəət əldə etmişdi.
Elektron ticarət nəhənginin ötən ilin üçüncü rübündə 1,43 dollar olan bir səhmə düşən mənfəəti bu ilin eyni dövründə 1,95 dollara yüksəlib.
Amazon ilin dördüncü rübündə isə 206 milyard dollar ilə 213 milyard dollar arasında xalis satış gözlədiyini açıqlayıb.
Amazon-un baş direktoru Andy Cassy şirkətin maliyyə nəticələrinə dair qiymətləndirməsində, süni intellektin işlərinin hər sahəsində mühüm təkmilləşdirmələr təmin etməsi ilə birlikdə güclü bir dinamika və artım görməyə davam etdiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























