“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
(®) Hər il ənənəvi olaraq PAŞA Qrup şirkətlərinin əməkdaşlarının sinerjisini gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə keçirilən “Xəmsə” birlik yarışının qala gecəsi baş tutdu. PAŞA Holdinq və Kapital Bank-ın təşkilatçılığı ilə keçirilən bu müsabiqə PAŞA Holdinq və onun strateji aktivlərində icra olunan layihələrin beş əsas korporativ dəyərə – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirliliyə” uyğunluğunu və onlara verdiyi töhfəni müəyyən edən ən böyük korporativ yarışmadır.
30 Oktyabr 2025-ci il tarixində keçirilən qala gecəsinin açılış nitqi PAŞA Holdinq-in Baş İcraçı direktoru Cəlal Qasımov tərəfindən edildi.
Builki yarışmada Kapital Bank iki layihə ilə qalibiyyət əldə etdi. Belə ki, işəgötürən brendi olaraq böyük nüfuza sahib olan şirkət həm “Əməkdaşlıq” dəyəri üzrə əməkdaşların daxili kommunikasiyası üçün bütün imkanlara sahib olan “360 İntranet Portal” layihəsi, həm də “Keyfiyyət” dəyəri üzrə “Müştəri Şikayətlərinin İdarə olunmasında İnnovativ Transformasiya” layihəsi ilə mükafat qazandı. Qrupdaxili səsvermənin yekun nəticələrinə əsasən builki “Xəmsə” bilik yarışının qalibləri arasında PAŞA Bank iki, PAŞA Sığorta iki, PAŞA Həyat Sığorta isə bir layihə ilə yer aldılar.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynovun “Gəlirlilik” dəyəri üzrə qalibləri elan edərkən səsləndirdiyi fikir oldu: “Gəlirlilik hər bir CEO-nun ən sevimli sözüdür. Amma bütün dəyərlərimiz – “Dürüstlük”, “Sahibkarlıq ruhu”, “Keyfiyyət”, “Əməkdaşlıq” və “Gəlirlilik” – bir arada olanda hər şey tamamlanır. Elə bu gün burada bir arada olmaq, enerjimizi paylaşmaq və uğurlarımızı qeyd etmək də bunun ən gözəl nümunəsidir”.
Qeyd edək ki, ötən il həyata keçirilən layihələrlə “Xəmsə” birlik yarışına müraciət edən komandaları PAŞA Holdinq və strategi aktivlərin rəhbər şəxslərinin də iştirak etdiyi münsiflər heyəti qarşısında təqdim ediblər. Bütün bu təqdimatlardan sonra qrup daxilində keçirilən açıq səsvermə nəticəsində ən çox səs toplayan layihələr qalib elan edilib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















