970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti Abşeron Logistika Mərkəzində işgüzar səfərdə olublar.

Səfər çərçivəsində qonaqlar Abşeron Logistika Mərkəzinin layihəsi olan “Biznes Park Abşeron” ilə tanış olublar.

Görüş zamanı tərəflər Azərbaycan-Çin arasında iqtisadi əməkdaşlığının genişləndirilməsi, logistika və ticarət sahəsində mövcud imkanlar, eləcə də qarşılıqlı investisiya perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qonaqlara Biznes Parkın infrastruktur potensialı, logistika imkanları və müasir texnoloji həllərlə təchiz olunmuş ərazilər barədə ətraflı məlumat verilib. Layihə sahibkarlar üçün innovativ və funksional biznes mühitinin formalaşdırılmasını, həmçinin yerli və beynəlxalq investorların cəlb edilməsi üçün strateji imkanların yaradılmasını nəzərdə tutur.

Görüş çərçivəsində Abşeron Logistika Mərkəzi və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə iki tərəf arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını və möhkəmləndirilməsini, sahibkarlıq sahəsində təcrübə və informasiya mübadiləsinin təşviqini, həmçinin uzunmüddətli və etibarlı tərəfdaşlıq üçün dayanıqlı şəraitin yaradılmasını nəzərdə tutur.

Sənədin imzalanmasından sonra nümayəndə heyəti layihənin infrastruktur imkanları ilə əyani şəkildə tanış olublar.

Sian şəhərinin meri Ye Niu Pin “Biznes Park Abşeron” layihəsinin strateji əhəmiyyətini, sahibkarlar üçün yaradılan innovativ biznes mühitini və regionda Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinə töhfə verən imkanları yüksək qiymətləndirib.

Qeyd edək ki, “Biznes Park Abşeron” layihəsi Abşeron Logistika Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir və müasir biznes mühiti, anbar kompleksləri, logistika xidmətləri, eləcə də innovativ texnoloji həllərlə regionun investisiya cəlbediciliyinin artırılmasına töhfə verir.

biznes park abşeron abşeron logistika mərkəzi sian şəhəri ye niu pin xi’an international port group çin azərbaycan əməkdaşlığı iqtisadi əməkdaşlıq logistika mərkəzi azərbaycan abşeron investisiya layihəsi biznes park layihəsi abşeron industrial park çin nümayəndə heyəti anlaşma memorandumu azərbaycan çin ticarət əlaqələri beynəlxalq logistika regional inkişaf investisiya imkanları sahibkarlıq mühiti innovativ biznes park ziya ağayev yuan syaodzuy abşeron iqtisadi zona strateji tərəfdaşlıq abşeron infrastrukturu azərbaycan çin iqtisadi əlaqələr
04.11.2025 08:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18