Yaşayış minimumu və ehtiyac meyarı artırılır
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Beləliklə, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat artırılaraq 300 manat olacaq.
Qeyd edək ki, 2025-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub.
"DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3% çoxdur. Gələn il DSMF-nin xərcləri cari illə müqayisədə 10,5% çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta aylıq məbləği 2026-ci ildə 590 manat olacaq. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır”,- Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















