“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC daha iki beynəlxalq nüfuzlu sertifikasiya prosesini uğurla tamamlayıb.
İlk olaraq şirkətə məxsus Yevlax Ehtiyat Data Mərkəzi üçün ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatı (4.0.1 versiyası) əldə edilib. Eyni zamanda ötən il Bakı Əsas Data Mərkəzi üçün əldə edilmiş sertifikat yenilənib.
Sertifikatın əldə olunması məqsədilə səlahiyyətli şirkət tərəfindən ilkin qiymətləndirilmə aparılıb, daha sonra müstəqil auditorlar tərəfindən audit həyata keçirilib. Audit nəticəsində data mərkəzinin maliyyə qurumlarına “bulud” xidmətləri göstərmə uyğunluğu beynəlxalq səviyyədə təsdiqlənib.
“AzInTelecom”un uğurla başa vurduğu ikinci sertifikasiya prosesi isə keyfiyyət təminatı sahəsində beynəlxalq standartlara uyğunluğunu və davamlı inkişaf öhdəliyini təsdiqləyən “Test Maturity Model Integration” (TMMi – Level 2) sertifikatının əldə edilməsi olub.
“TMMi” sertifikasiyası proqram təminatlarının sınaq proseslərinin peşəkarlığını qiymətləndirmək üçün beynəlxalq modeldir. Bu modelin tətbiqi şirkətlərə test proseslərini sistemləşdirməyə, riskləri azaltmağa və məhsulun ümumi keyfiyyətini artırmağa imkan yaradır.
Qeyd edək ki, “AzInTelecom” “PCI DSS” sertifikatının 4.0.1 versiyasını MDB məkanında, “TMMi” sertifikatını isə Azərbaycanda əldə edən ilk şirkətdir.
“AzInTelecom” haqqında
“AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə şirkət müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























