Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb
"Rabitəbank" ASC-nin Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3/13 ünvanında yerləşən filialının yeni konsepsiya ilə istifadəyə verib.
Filialın yeni konsepsiyasında xidmət sahələri yenilənib və innovativ texnoloji imkanlar tətbiq olunub. Müştərilərə daha rahat və sürətli xidmət göstərmək məqsədilə filialda həm fərdi, həm də korporativ müştərilər üçün rəqəmsal həllər, ödəniş sistemləri və kredit məhsulları üzrə geniş imkanlar yaradılıb.
Açılış mərasimində "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev, İdarə Heyətinin sədri Aydın Hüseynov, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank əməkdaşları iştirak ediblər.
Zakir Nuriyev bildirib ki, "Rabitəbank üçün regionlarda fəaliyyət göstərmək, yerli sahibkarların inkişafına və iqtisadi fəallığın artmasına dəstək olmaq hər zaman məqsədləri sırasında olub: "Naxçıvan" filialımız 27 il ərzində bu istiqamətdə mühüm rol oynayıb və bu gün yeni konsepsiya ilə fəaliyyətə başlaması bankın müasir inkişaf mərhələsinin göstəricisidir. Biz müştərilərimizin rahatlığını, xidmət keyfiyyətini və texnoloji əlçatanlığı daim ön planda saxlayırıq. İnanırıq ki, yenilənmiş filial Naxçıvanda yaşayan fiziki və hüquqi şəxslərə daha çevik, daha rahat və innovativ bank xidmətləri təqdim edəcək".
Aydın Hüseynov isə qeyd edib ki, "Rabitəbank" ölkəmizin hər bir bölgəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın və maliyyə dayanıqlılığının inkişafına töhfə verməyi strateji prioritet hesab edir: "Filialın yenilənməsi təkcə infrastruktur baxımından deyil, həm də xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yeni mərhələyə çatdırılması baxımından mühüm addımdır. Bizim məqsədimiz regionlarda yaşayan insanlara eyni keyfiyyətdə bank xidmətləri təqdim etmək və onların biznes təşəbbüslərini dəstəkləməkdir".
Açılış mərasimi çərçivəsində region üzrə strateji fəaliyyət istiqamətləri, yerli sahibkar və vətəndaşlar üçün nəzərdə tutulan məhsul və xidmətlər, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları və birgə layihələr barədə də müzakirələr aparılıb.
Bank 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı







.jpg)









.jpg)

