"Qeyri-neft-qaz gəlirlərində artım neft-qaz gəlirlərində artımı üstələyib"
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin orta illik artım tempi neft-qaz gəlirlərinin orta illik artım tempini 7,8 faiz bəndi üstələyib.
Bbunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, artan qeyri-neft-qaz gəlirləri hesabına dövlət büdcəsinin cari xərclərinin ötürülməsi göstəricisi ötən müddətdə 3,5 faiz bəndi yüksəlib.
"Növbəti il üçün dövlət və icmal büdcənin hazırlanmasında makro-iqtisadi proqnoz göstəriciləri - xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 %, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ÜDM-nin 0,9 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 5 % real artımı əsas götürülüb", - deyən nazir müavini qeyd edib.
Bundan başqa, H.Məmişov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artmasına baxmayaraq, ölkəmizdə davamlı iqtisadi artım qorunub:
"Fiskal-monetar nəticələr üzrə pozitiv dinamika təmin edilib, əhalinin rifah halının yaxşılaşdırılması, o cümlədən həssas qrupdan olan insanlarımıza dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı islahat tədbirlər reallaşdırılıb, xalqın rifahının yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin təməlini təşkil edir".
© "Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















