Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Çinin e-ticarət nəhəngi Alibaba-nın üç aylıq gəlirləri analitiklərin proqnozlarını aşaraq 247,80 milyard yuana (35 milyard dollar) çatıb.
Marja xəbər verir ki, Alibaba Group Holding, Çində süni intellektin inkişafında baş verən "partlayışdan" yararlanaraq gözləniləndən daha yüksək üç aylıq gəlir artımı əldə edib.
Şirkət bildirib ki, sentyabrda başa çatan 3 aylıq dövrdə satışlar 5% artaraq 247,8 milyard yuana (35 milyard dollar) yüksəlib. Bu rəqəm analitiklərin 245,2 milyard yuanlıq proqnozdan yüksəkdir.
Şirkət xalis gəlirinin 20,99 milyard yuana düşməsinə baxmayaraq, Çində e-ticarət gəlirlərinin 16% artdığını açıqlayıb. Eyni zamanda, bulud hesablama gəlirləri illik müqayisədə 34% artaraq 39,8 milyard yuana çatıb.
Beləliklə, Alibaba e-ticarət rəqibləri olan JD.com Inc. və PDD Holdings Inc.-dən gözləniləndən daha yaxşı nəticələr nümayiş etdirib.
ABŞ-da Alibaba səhmləri açılış öncəsi əməliyyatlarda 1%-dən çox dəyər qazanıb.
Güclü maliyyə nəticələrinin investorları Alibaba-nı süni intellekt sahəsində lider kimi görərək ora yatırım etməyə təşviq edəcəyi gözlənilir.
Şirkət süni intellekt modellərinin bazara çıxarılmasını sürətləndirib və son olaraq Qwen mobil tətbiqinin yenidən istifadəyə verildiyini elan edib. Qwen tətbiqi, yenidən işə salındıqdan sonra ilk həftədə 10 milyondan çox dəfə endirilib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
30 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib























