"Money Shop" qanunvericiliyi pozub - Vəzifəli şəxsi cərimələnib
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış "Money Shop” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Money Shop" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1000 manat məbləğində cərimə edilmişdir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Həmçinin “Money Shop” MMC-yə icrası məcburi göstəriş verilib.
Belə ki, “Money Shop” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Money Shop” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
Valyuta mübadiləsi fəaliyyəti - Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər - “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filiallarıdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















