AFB Bank-dan cəmi 1 iş gününə “Sürətli Tender Qarantiyası”
(®) AFB Bank sahibkarlar üçün yeni “Sürətli Tender Qarantiyası” məhsulunu təqdim edir.
Bu xidmət bizneslərin tender proseslərinə daha operativ qoşulmasını təmin etmək məqsədilə hazırlanıb. Müştərilər girov tələb olunmadan tender qarantiyasını cəmi 1 iş günü ərzində əldə edə biləcəklər.
Məhsul çərçivəsində maksimal məbləğ 100 000 AZN, müddət isə 12 aya qədər müəyyən edilib.
Yeni xidmət biznes subyektlərinə tender prosesində daha çevik və risksiz iştirak imkanı yaradır, maliyyə öhdəliklərinin vaxtında icrasını təmin edir.
Məhsulun üstünlükləri:
- Girovsuz
- Bir iş günü ərzində rəsmiləşdirmə
- Məbləğ 100 000 AZN-dək
- Müddət 12 ayadək
AFB Bank bu məhsulla biznes müştərilərinə operativlik, rahatlıq və maliyyə çevikliyi təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, AFB Bank hazırda ölkə üzrə 7 filial və 4 şöbə olmaqla ümumilikdə 11 xidmət nöqtəsi ilə müştərilərinə xidmət göstərir. Bankın qəbul etdiyi Transformasiya Strategiyası müştəri yönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin təkmilləşdirilməsini və bizneslər üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir. AFB Bank bundan sonra da dayanıqlı inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsini prioritet istiqamət kimi davam etdirəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
-
14 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)
.jpg)





.jpg)


.jpg)







