Gömrük Komitəsi "Yaşıl dəhliz"dən istifadənin aşağı düşməsinə aydınlıq gətirib
"Yaşıl dəhliz"dən istifadə səviyyəsi ona görə aşağı düşməyib ki, biz kiməsə "Yaşıl dəhliz" statusunu vermək istəmirik, ya da imtina edirik. Sadəcə olaraq açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub"."Yaşıl dəhliz"dən istifadə səviyyəsi ona görə aşağı düşüb ki, açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub.
Bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin kollegiyası tərəfindən risk meyarları təsdiqlənib:
"Belə ki, hər hansı sahibkar "Yaşıl dəhliz"ə müraciət edən zaman bununla bağlı artıq konkret risk meyarları var. Həmin risk meyarları üzrə qiymətləndirmə aparılır. Sahibkara onun hansı risk parametrlərinə cavab verib-verməsi barədə tam şəffaf şəkildə məlumat verilir. Əgər bütün risk parametrləri üzrə onun hər hansı bir riski müəyyən edilmirsə, təbii ki, "Yaşıl dəhliz" iştirakçısı statusu ilə bağlı ona sənəd verilir. Yox, əgər hər hansı bir parametrdə risk varsa, tam şəffaf şəkildə sahibkara bildirilir ki, həmin parametr üzrə müəyyən düzəlişlərdən sonra növbəti dəfə yenidən müraciət edə bilər. Bu məsələ hüquqi müstəvidə sərtləşdirilib, həm gömrük tərəfi, həm sahibkar üçün belə bir çərçivə müəyyən olunub".
O qeyd edib ki, bu mənada şəffaflıq daha üst səviyyəyə qaldırılıb: "Yaşıl dəhliz"dən istifadə səviyyəsi ona görə aşağı düşməyib ki, biz kiməsə "Yaşıl dəhliz" statusunu vermək istəmirik, ya da imtina edirik. Sadəcə olaraq açıq müstəvidə tam şəffaf risk parametrləri müəyyən olunub".
© "Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















